Tacikistana xarici investisiyalar 35 faiz artıb
Şəfa Hüseynli
2025-ci ildə Tacikistan iqtisadiyyatına xarici investisiyaların həcmi 6,9 milyard ABŞ dolları təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sulton Rəhimzoda mətbuat konfransında bildirib.
Bildirilib ki, ötən ilin nəticələrinə əsasən 6 925,3 milyon dollar dəyərində xarici investisiya cəlb edilib ki, bu da 2024-cü illə müqayisədə 1 798,6 milyon dollar və ya 35,1% çoxdur.
O əlavə edib ki, MDB xaricindən investisiyalar 3 894,3 milyon dollar və ya ümumi investisiyanın 56,2%-ni təşkil edib. 2024-cü illə müqayisədə bu, 731,3 milyon dollar və ya 23,1% artım deməkdir.