Menyu

İran nefti daşıyan tankerlər müsadirə oluna bilər

Şəfa Hüseynli
İran nefti daşıyan tankerlər müsadirə oluna bilər

ABŞ Tehrana təzyiq göstərmək üçün İran nefti daşıyan tankerləri ələ keçirməyi düşünür.

Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Qeyd olunur ki, İranı nüvə proqramını məhdudlaşdıran sazişi imzalamağa məcbur etməyin bir neçə yolundan biri hesab edilən bu addım müxtəlif etirazlarla da üzləşir.

ABŞ hesab edir ki, belə bir hərəkət İslam Respublikasının qisas almaq ehtimalını artıracaq, o cümlədən ABŞ-nin regiondakı müttəfiqlərinə məxsus neft tankerlərinin ələ keçirilməsi, hətta qlobal neft tədarükünün 25 faizinə qədərinin keçdiyi Hörmüz boğazının minalanması daxildir. Belə bir halda neftin qiyməti kəskin şəkildə artacaq.

Əlaqəli Xəbərlər