Berlində Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev Almaniyanın Federal xarici işlər naziri Johann David Vadeful ilə ikitərəfli görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər iki ölkənin qarşılıqlı hörmət, bərabərlik əsasında əməkdaşlığı daha da dərinləşdirməyə açıq və hazır olduqlarını bir daha təsdiqləyiblər. Siyasi, ticarət-iqtisadi, investisiya, mədəni və humanitar sahələrdə əməkdaşlıq da daxil olmaqla geniş aktual məsələlər müzakirə edilib.