Qırğızıstan Parlamentinin sədri istefa verib
Şəfa Hüseynli
Nurlanbek Turgunbek uulu Qırğızıstan Respublikasının Spikeri vəzifəsindən könüllü istefa verdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, o bu barədə Parlamentin iclasında açıqlama verib.
Onun sözlərinə görə, bu vəzifəyə 2022-ci ildə təyin edilib və indiyə qədər bu vəzifədə çalışıb.
“Vurğulamaq istəyirəm ki, mən heç vaxt yalnız bir və ya iki nəfər üçün işləməmişəm. Mən həmişə ölkənin və qırğız xalqının maraqları naminə çalışmışam. Bütün bu müddət ərzində ölkədə vacib və zəruri qərarların qəbul edilməsinə töhfə vermişəm. Mən ayrılmıram; mən parlament üzvü kimi fəaliyyətimi davam etdirəcəyəm. Siyasi sabitliyi qorumaq üçün intriqasız işləməyi öyrənməliyik”, - Nurlanbek Turqunbek uulu əlavə edib.