Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi ABŞ-də keçiriləcək
Şəfa Hüseynli
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi 17-18 fevral tarixlərində ABŞ-də keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Lakin Rusiyanın bu tarixə və məkana razı olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Danışıqlar zamanı ölkələrin nümayəndələri mürəkkəb ərazi məsələsinə diqqət yetirəcək və ABŞ-nin Donbasda bufer azad iqtisadi zona yaratmaq təklifini müzakirə edəcəklər.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma