Menyu

Rusiya Kubaya humanitar yardım olaraq neft göndərəcək

Şəfa Hüseynli
Rusiya Kubaya humanitar yardım olaraq  neft göndərəcək

Rusiya yaxın gələcəkdə Havanaya neft və neft məhsulları göndərməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Rusiyanın Kubadakı səfirliyi bildirib ki, yaxın gələcəkdə Rusiyanın Kubaya humanitar yardım kimi neft və neft məhsulları çatdırması gözlənilir.

Rusiyanın Kubadakı səfirliyi Rusiya vətəndaşlarının vətənlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün Aeroflot və Kuba aviasiya hakimiyyəti ilə daim əlaqə saxlayır. Aeroflot, hazırda Kubada olan Rusiya vətəndaşları üçün Varadero və Havanadan Rusiya paytaxtına uçuşlar təşkil ediləcəyini açıqlayıb.


Əlaqəli Xəbərlər