Qazaxıstanda yeni Konstitusiyanın mətni dərc edilib
Şəfa Hüseynli
Qazaxıstan Respublikasında vətəndaşların tanış olması üçün yeni Konstitusiyanın yekun layihəsi dərc edilib.
Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Sənədə əsasən, yeni Konstitusiyanın respublika referendumu yolu ilə qəbul edilməsi təklif olunur və təsdiqlənəcəyi təqdirdə, cari ilin iyulun 1-dən qüvvəyə minəcək.
Respublika referendumunun hazırlanması və keçirilməsi ölkənin Mərkəzi Seçki Komissiyasına, ərazi və məntəqə seçki komissiyalarına həvalə olunub.