Aktauda Rusiyanın Baş Konsulluğu açılacaq
Şəfa Hüseynli
Qazaxıstanın Aktau şəhərində Rusiyanın Baş Konsulluğu açılacaq.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
Qurumun açılması və saxlanılması xərcləri Rusiya Xarici İşlər Nazirliyinin büdcəsi hesabına ödəniləcək.
Rusiyanın Astanadakı səfirliyinin konsulluq şöbəsi də fəaliyyət göstərir. Rusiyanın Baş konsulluqları Almatı, Uralsk və Ust-Kamenoqorskda da yerləşir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net