Menyu

Rusiyada terror aktı törətməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb

Operativ Media
Rusiyada terror aktı törətməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Udmurtiyada polis şöbəsində təxribat cəhdinin qarşısını alıblar.

Operativ Media xəbər verir ki, bu barədə qurumun İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

Saxlanılan Rusiya vətəndaşı əvvəllər terror və ekstremist xarakterli cinayətlərə görə məhkum olunub. O, DİN-in "Mojqinski" şöbəsinə silahlı hücum planlaşdırıb. Onun qarajında terror aktı törətmək üçün əldəqayırma partlayıcı qurğu və digər silahlar aşkar edilərək zərərsizləşdirilib.

Həmin şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı törətməyə hazırlıq) və 222.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, satışı, saxlanılması, daşınması və ya gəzdirilməsi) üzrə cinayət işi açılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər