Sudanda baş verən bərə qəzasında 15 nəfər ölüb
Şəfa Hüseynli
Sudanın şimalındakı Nil əyalətində sərnişin bərəsinin batması nəticəsində ən azı 15 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, Taiba əl-Havad və Deym əl-Karai kəndləri arasında hərəkət edən taxta bərə yüksək dalğalar səbəbindən aşıb. Gəmidə qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla 27-dən çox insan olub.
Mənbələrə görə, mülki müdafiə bölmələri hadisə yerinə tez bir zamanda gəlib və 15-dən çox cəsəd tapıb. Səkkiz nəfər sağ qalıb, təxminən dörd nəfər isə itkin düşüb. Könüllü təşkilat olan Sudan Həkimləri Şəbəkəsi də qəzanı təsdiqləyib və qeyd edib ki, yerli sakinlər və mülki müdafiə qüvvələri qalan sərnişinləri axtarmağa davam edir.