Menyu

Qazaxıstan XİN rəhbəri Qırğızıstana rəsmi səfər edəcək

Şəfa Hüseynli
Qazaxıstan XİN rəhbəri Qırğızıstana rəsmi səfər edəcək

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev 12-13 fevral tarixlərində Qırğızıstana rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki,bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, səfər çərçivəsində Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə danışıqlar, eləcə də ölkə rəhbərliyi ilə görüş nəzərdə tutulub.

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşdə tərəflər siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, su-energetika, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə edəcəklər.

Əlaqəli Xəbərlər