Ana səhifə / Dünya / Tacikistanın Baş naziri Qırğızıstana işgüzar səfər edəcək Tacikistanın Baş naziri Qırğızıstana işgüzar səfər edəcək 12.02.2026, 15:44 Şəfa Hüseynli Tacikistanın Baş naziri Kohir Rəsulzoda 13 fevral tarixində Qırğızıstana işgüzar səfərə gələcək. Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib. Baş nazir Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyevin dəvəti ilə gələcək. Qırğızıstan-Tacikistan Hökumətlərarası Şurasının ilk iclası Bişkekdə keçiriləcək. İclasın yekunları üzrə bir sıra sənədlərin imzalanması gözlənilir. İki ölkənin hökumət başçıları həmçinin Bişkekdəki infrastruktur obyektlərinə baş çəkməyi planlaşdırırlar.