İrakli Kobaxidze Xorvatiya Prezidenti ilə görüşüb
Şəfa Hüseynli
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç ilə təkbətək görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Tərəflər Gürcüstan və Xorvatiya arasında sıx tərəfdaşlıq münasibətlərini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Gürcüstan və Xorvatiya arasında ticarət əlaqələrinin müsbət dinamikasına və bu istiqamətdə əlaqələrin dərinləşdirilməsi imkanlarına xüsusi diqqət yetirilib.
Tərəflər həmçinin turizm, mədəniyyət və insanlararası münasibətlər sahələri də daxil olmaqla, sektoral əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net