Menyu

Madaqaskarda “Gezan” siklonuna görə milli fəlakət elan edilib

Operativ Media
Madaqaskarda “Gezan” siklonuna görə milli fəlakət elan edilib

Madaqaskar hökuməti 36 nəfərin ölümü ilə nəticələnən “Gezan” siklonu ilə əlaqədar ölkədə milli fəlakət elan edib.

Operativ Media xəbər verir ki, bu barədə yerli “Madagascar Tribune” qəzeti məlumat yayıb.

Məlumata görə, fövqəladə vəziyyət 15 gün müddətinə qüvvədə olacaq.

Qeyd edək ki, hadisə nəticəsində 374 nəfər yaralanıb, 6 nəfər itkin düşüb. Təbii fəlakət 257 mindən çox insana təsir göstərib, 9 minə yaxın insan evini tərk edib.

Ən çox zərər ölkənin ikinci böyük şəhəri Toamasinaya dəyib – şəhərin təxminən 80 faizi dağılıb. Ölkə üzrə 18 minə yaxın ev tamamilə məhv olub, 37 min ev zərər görüb, 12 min ev isə su altında qalıb.

Əlaqəli Xəbərlər