Rusiya beş uşağı Ukraynaya qaytarıb
Operativ Media
“Müxtəlif səbəblərdən Rusiyada yaşayan 5 uşaq Ukraynadakı ailələrinin yanına qaytarılıb”.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova teleqramda məlumat verib.
Onun sözlərinə görə, həmin uşaqlar 4-15 yaş arasında olan dörd oğlan və bir qız olub.
“Bizim dəstəyimizlə 22 ailədən 30 uşaq Rusiyadakı qohumlarına, 108 ailədən 134 uşaq isə Ukrayna və üçüncü ölkələrdəki qohumlarına qovuşdu”, - Lvova-Belova əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net