Yaponiya sahillərində 5,5 maqnitudalı zəlzələ olub
Operativ Media
Yaponiya sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.
Operativ Media-nın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, yeraltı təkanlar Yaponiyanın cənubundakı Okinava prefekturası yaxınlığında qeydə alınıb.
Məlumata görə, zəlzələnin mərkəzi təxminən 300 min insanın yaşadığı Naha şəhərindən 106 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.