Menyu

Yunanıstanın Baş naziri ABŞ-də keçiriləcək Sülh Şurasının iclasında iştirak etməyəcək

Operativ Media
Yunanıstanın Baş naziri ABŞ-də keçiriləcək Sülh Şurasının iclasında iştirak etməyəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis fevralın 19-da Vaşinqtonda keçirilməsi gözlənilən Sülh Şurasının ilk iclasında iştirak etməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, baş nazirin sözügedən iclasda iştirakı nəzərdə tutulmayıb. Marinakis qeyd edib ki, hazırda Baş nazirin səfər proqramına Birləşmiş Ərəb Əmirlikləri və Hindistana planlaşdırılan səfərlər daxildir. Bu səfərlər Yunanıstanın xarici siyasəti və milli maraqları baxımından uzun müddətdir planlaşdırılan və xüsusi əhəmiyyət daşıyan görüşlərdir.

“Soruşduğunuz məsələ Baş nazirin mövcud səfər proqramında yer almır. Əlavə məlumat olacağı təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə hökumət sözçüsü vurğulayıb.

Əlaqəli Xəbərlər