ABŞ Qəzzanın yenidən qurulması planını Sülh Şurasının iclasında təqdim edəcək
19 fevralda Vaşinqtonda keçirilməsi gözlənilən Sülh Şurasının ilk iclasında ABŞ administrasiyası Qəzza zolağının yenidən qurulması və beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması üçün çoxmilyardlıq plan təqdim edəcək.
Operativ Media xəbər verir ki, bu barədə ''Reuters" məlumat yayıb.
ABŞ rəsmiləri arasında olan mənbələrə görə, ABŞ prezidenti Donald Tramp iclasda Fələstin anklavının yenidən qurulması üçün milyardlıq fondun yaradılacağını elan edəcək.
Bu fond şuranın üzvü olan ölkələrin təmin etdiyi vəsait hesabına investisiya ediləcək.
Nəşrin məlumatına görə, Amerika tərəfi həmçinin bir neçə ölkənin yaxın aylarda Qəzza zolağında yerləşdiriləcəyi gözlənilən sabitləşdirmə qüvvələrinə bir neçə min əsgər ayırmağı planlaşdırdığını açıqlayacaq. Agentliyin məlumatına görə, iclasda liderlər də daxil olmaqla ən azı 20 dövlətin nümayəndələri iştirak edəcək. Tədbirdə Qəzza zolağı, o cümlədən anklavın idarə olunması ilə bağlı məsələlər müzakirə olunacaq.