Menyu

Banqladeş Milliyyətçi Partiyası parlament seçkisində qələbə qazanıb

Şəfa Hüseynli
Banqladeş Milliyyətçi Partiyası parlament seçkisində qələbə qazanıb

Banqladeş Millətçi Partiyası (BNP) parlament seçkilərində 178 yer qazanıb.

Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

PNB və onun müttəfiqləri parlamentdəki 299 yerdən ən azı 178-ni qazanıblar. İslam Birliyi isə təxminən 70 yer qazanıb.

Keçmiş hakim partiya olan Avami Liqası ötən ilin may ayından bəri qadağan edilib və seçkilərdə iştirak etməyib. Banqladeş hökumətinə rəhbərlik edən partiyanın lideri Şeyx Hasina 2024-cü ilin yayında kütləvi etirazlar nəticəsində vəzifəsindən kənarlaşdırılıb.  

PNB artıq seçicilərə səslərinə görə təşəkkür edib. PNB lideri Tariq Rəhmanın baş nazir kimi and içməsi gözlənilir.


Əlaqəli Xəbərlər