ABŞ-də təxminən 1,6 milyon qanunsuz immiqrant deportasiya oluna bilər
Şəfa Hüseynli
ABŞ-də olan təxminən 1,6 milyon sənədsiz immiqrant deportasiya oluna bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
İmmiqrasiya və Gömrük Xidmətinin direktoru vəzifəsini icra edən Todd Lyons bildirib ki, bu insanlardan təxminən 800.000-nin cinayət qeydləri var.
Daha əvvəl ICE-nin direktoru vəzifəsini icra edən şəxs bildirib ki, onun agentliyi xarici vətəndaşlığı olan 7000-dən çox mütəşəkkil cinayətkar qrup üzvünü, eləcə də 1400-dən çox terrorçunu saxlayıb.