Menyu

İsveçrədə əhalinin sayının məhdudlaşdırılması ilə bağlı referendum keçiriləcək

Şəfa Hüseynli
İsveçrədə əhalinin sayının məhdudlaşdırılması ilə bağlı referendum keçiriləcək

14 iyunda İsveçrə vətəndaşları ölkə əhalisinin sayını 10 milyonla məhdudlaşdırmaq təşəbbüsünə səs verəcəklər. 

Operativ Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

İsveçrə Xalq Partiyası  daimi əhalisinin sayını 2050-ci ildən sonra 10 milyondan aşağı saxlamaq istəyir. İstisna yalnız doğum sayına görə bu səviyyənin aşılması halında tətbiq olunacaq.

Təşəbbüsün mətninə görə, əgər İsveçrə sakinlərinin sayı 2050-ci ilə qədər 9,5 milyonu keçərsə, Federal Şura və Parlament əhalinin məhdudlaşdırılması tələbini yerinə yetirmək üçün tədbirlər görməyə məcbur olacaq.

Əgər bütün bu tədbirlər 10 milyon əhali limitinə çatmaq üçün yetərli olmayacağı təqdirdə, İsveçrə təcili tədbir olaraq Aİ ilə sərbəst hərəkət müqaviləsini ləğv etməli olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər