ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə biləcəyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə Marko Rubio jurnalistlərə açıqlamasında qeyd edib.
"Düşünürəm ki, Zelenski orada olacaq və bizim onunla görüşmək imkanımız olacaq. Anladığım qədəri ilə, bu, mənim cədvəlimdədir. 100% əmin deyiləm, amma düşünürəm ki, görüşəcəyik", - Rubio jurnalistlərə bildirib.