Litva 2026-cı ildə Ukraynaya hərbi yardım üçün 223 milyon avro ayırıb
Litva hakimiyyəti bu il Ukraynaya hərbi yardım üçün 223 milyon avro ayırıb.
Operativ Media xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Robertas Kaunasın açıqlamasında deyilir: "Litvanın Ukraynaya hərbi yardımının ümumi məbləği 1 milyard dollardan çoxdur. Cari il üçün 265 milyon dollar ayırmışıq və bu vəsait üç prioritet sahəyə xərclənəcək".
Vəsaitlər Ukraynanın hava hücumundan müdafiə sistemlərinin, artilleriya sursatlarının alınmasına və PUA-ların istehsalına ayrılacaq.
2024-cü ildə Litva müdafiə və təhlükəsizlik ehtiyacları üçün hər il milli ümumi daxili məhsulunun 0,25%-ni və ya təxminən 190 milyon avro məbləğində Kiyevə ayırmağı öhdəsinə götürmüşdü. Vilnüs bu öhdəliyi 2025-ci ildə də təkrarladı.