Menyu

Qırğızıstan və Qazaxıstanın XİN rəhbərləri görüşüb

Şəfa Hüseynli
Qırğızıstan və Qazaxıstanın XİN rəhbərləri görüşüb

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Bişkekə rəsmi səfərə gələn Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər siyasi, ticarət-iqtisadi, su-enerji, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini ətraflı müzakirə ediblər.

XİN başçıları iki ölkə arasında Ali Dövlətlərarası Şuranın 7-ci və Hökumətlərarası Şuranın 13-cü iclası zamanı dövlət və hökumət başçıları tərəfindən əldə edilən razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetiriblər. Cari il üçün ən yüksək səviyyələrdə qarşılıqlı səfərlərin cədvəli də razılaşdırılıb.


Əlaqəli Xəbərlər