Çində qiymətindən aşağı avtomobillərin satışı qadağan edilib
Çin hakimiyyəti yeni avtomobillərin öz qiymətindən aşağı qiymətə satışına rəsmi qadağa qoyub.
Operativ Media xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər istənilən endirim və ya subsidiyalara şamil olunur.
Bu haqda məlumatı Çinin Bazar Tənzimləməsi üzrə Dövlət Administrasiyası "Avtomobil Sənayesində Qiymət Qaydaları üzrə Təlimatları" dərc edib. Sənəddə bir sıra avtomobil istehsalçılarının təcrübələri dempinq kimi təsnif edilir və bu cür sxemlərdən istifadə edən şirkətlərin ciddi hüquqi risklərlə üzləşəcəyi barədə xəbərdarlıq edilir.
Sənədə əsasən, avtomobil istehsalçılarına yenilənmiş modelləri baza versiyalarının qiymətinə satmaq, avtomobilin son qiyməti istehsal xərclərindən aşağı olduqda endirim və ya subsidiyalar vermək, həmçinin rəqibləri sıxışdırmaq və ya bazarda dominant mövqe tutmaq üçün dempinqdən istifadə etmək qadağandır.
Bu metodlar Çin avtomobil istehsalçıları tərəfindən birbaşa qiymət endirimlərinə alternativ olaraq istifadə olunurdu.