Ermənistan və İran arasında dəmir yolu əlaqəsinin işə salınması müzakirə olunub
Operativ Media
Ermənistan Baş naziri Nikol Paşinyan İranın ölkəyə yeni təyin olunan səfirini qəbul edib.
Operativ Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan Xəlil Şirgolami ilə görüşdə Ermənistan–İran münasibətlərində “misilsiz dinamika”nın müşahidə olunduğunu bildirib.
Paşinyan bunun qarşılıqlı faydadan irəli gəldiyini vurğulayıb.
“Səfir isə öz növbəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə İranla dəmir yolu əlaqəsinin işə salınmasının vacibliyini qeyd edib”, - məlumatda qeyd olunub.