Qazaxıstan, Qırğızıstan və Özbəkistan su və enerji sektorlarında əməkdaşlığı müzakirə edib
Şəfa Hüseynli
Bişkekdə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın energetika nazirlərinin üçtərəfli görüşü, eləcə də üç ölkənin müvafiq su və enerji qurumları rəhbərlərinin görüşü keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.
Tərəflər su və enerji resurslarının idarə olunması sahəsində üçtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini, eləcə də regional enerji sisteminin dayanıqlı və tarazlı fəaliyyətinin təmin edilməsi məsələlərini müzakirə ediblər.