BVF Ukraynaya 8,1 milyard dollarlıq kreditin ilkin şərtlərini ləğv edib
Şəfa Hüseynli
Beynəlxalq Valyuta Fondu (BVF) Kiyevin yeni 8,1 milyard dollarlıq kredit proqramı çərçivəsində vergi artımları üçün ilkin şərtlərindən imtina edib.
Operativ Media xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
"Hazırda proqramın qəbulu üçün heç bir ilkin şərt yoxdur. Ukrayna məsələsinin fevralın sonunda keçiriləcək BVF Direktorlar Şurasının növbəti iclasında qaldırılacağını gözləyirik", - Ukraynanın Baş naziri Yuliya Svyrydenko bildirib.
Əvvəllər Ukrayna hakimiyyəti yeni 8,1 milyard dollarlıq kredit proqramını başlatmaq üçün vergi artımlarını nəzərdə tutan bir neçə qanun layihəsini qəbul etməyi öhdəsinə götürmüşdü. Xüsusilə, fondun şərtlərinə xaricdən gələn bütün bağlamalara rüsum tətbiq edilməsi, rəqəmsal platforma gəlirlərinə isə vergi daxildir.