Fransanın Savua departamentində 3 xizəkçi həlak olub, 2 nəfər isə xəsarət alıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onlar Alp dağlarında xizək sürmək üçün nəzərdə tutulmayan ərazidə qar uçqununa düşüblər. Müdaxilələrə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb. Həlak olanlardan ikisi Böyük Britaniya, biri isə Fransa vətəndaşıdır.