Ərdoğan Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyaya səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-17 fevral 2026-cı il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə və Efiopiyaya səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran məlumat verib.
"Prezidentimizin 16 fevralda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə keçirəcəyi görüşlərdə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar, eləcə də regional və qlobal inkişaflar müzakirə olunacaq.
Prezident daha sonra Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin dəvəti ilə fevralın 17-də Əddis-Əbəbədə danışıqlar aparacaq.
Bu səfərlər zamanı danışıqları başa çatmış müxtəlif sazişlər və sənədlər də imzalanacaq".- məlumatda qeyd olunub.