Gürcüstan XİN rəhbəri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi ilə görüşüb
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Tərəflər regionun və dünyanın üzləşdiyi çətinlikləri müzakirə ediblər.
Maka Boçorişvili həmçinin Argentinanın xarici işlər naziri ilə görüşüb. İki ölkənin diplomatları diplomatik münasibətləri müzakirə ediblər.
Gürcüstan xarici işlər naziri Özbəkistan xarici işlər naziri ilə görüşüb. Görüşdə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla Orta Dəhliz məsələləri üzrə panel müzakirəsində iştirak edib.
Nazir qeyd edib ki, bu, Avropa təhlükəsizlik məsələləri kontekstində Orta Dəhlizin inkişafını və bu kontekstdə Gürcüstanın rolu, Gürcüstanın təhlükəsizliyin qorunması baxımından verdiyi töhfələri müzakirə etmək çox vacib bir platformadır. Biz Orta Dəhlizdən, Orta Dəhlizin inkişafından və ölkəmizdə mövcud olan potensialdan danışırıq.