Menyu

Parisdə bıçaqla silahlanmış şəxs polisə hücum edib

Şəfa Hüseynli
Parisdə bıçaqla silahlanmış şəxs polisə hücum edib
1 dəq oxu

Parisdə bıçaqla silahlanmış şəxs polis əməkdaşlarına hücum edib.

Operativ Media xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Məlumata görə, hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarından birini yüngül yaralayıb, digər polis əməkdaşı isə ona atəş açaraq öldürüb.

Yerli medianın məlumatına görə, hücum edən şəxs 48 yaşlı Fransa vətəndaşıdır. 2013-cü ildə Belçika məhkəməsi onu terrorizmlə əlaqəli ittihamlarla təqsirli bilmiş və 17 il həbs cəzasına məhkum etmişdir.

Parisdə polis əməkdaşlarına hücumun motivi hələlik məlum deyil.

Əlaqəli Xəbərlər