Menyu

Fransada antisemitizmdə ittiham olunan siyasətçilər 2027-ci ildən seçkiyə qatıla bilməyəcək

Operativ Media
Fransada antisemitizmdə ittiham olunan siyasətçilər 2027-ci ildən seçkiyə qatıla bilməyəcək

Fransada siyasətçilər antisemitizmdə ittiham olunarlarsa, 2027-ci ildən başlayaraq seçkilərdə iştirak edə bilməyəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "J Radio"ya verdiyi müsahibədə bildirib.

"Hökumət belə bir qanun layihəsi təqdim edəcək. Ümid edirəm ki, bu, parlamentdən keçəcək və qəbul olunaraq qüvvəyə minəcək. Əgər hər şey planlaşdırıldığı kimi gedərsə, 2027-ci ildə qüvvəyə minəcək", – Makron deyib.

Dövlət başçısı qeyd edib ki, bu qanunun geriyə qüvvəsi olmayacaq və nəzərdə tutulan cəza əvvəlki məhkumluqlara tətbiq olunmayacaq. "İnanıram ki, bu, oyanışa təkan verəcək və irəliləməyimizə imkan yaradacaq", – o əlavə edib.

Fransa prezident seçkilərinin birinci turu 2027-ci ilin aprel ayına planlaşdırılır. Konkret tarix hələ müəyyən edilməyib, lakin seçki hazırkı prezidentin səlahiyyət müddətinin 13 may 2027-ci ildə bitməsindən 20–35 gün əvvəl keçiriləcək.

Əlaqəli Xəbərlər