Ana səhifə / Dünya / Nigeriyada terrorçular 32 mülki şəxsi qətlə yetiriblər Nigeriyada terrorçular 32 mülki şəxsi qətlə yetiriblər 15.02.2026, 17:16 Operativ Media Nigeriyanın qərbində silahlı şəxslər üç kəndə hücum edərək 32 yerli sakini öldürüblər. Operativ Media xəbər verir ki, bu barədə “Arise TV” telekanalı polis nümayəndəsi Vasiu Abioduna istinadən məlumat yayıb. Faciə ötən gecə Niger ştatında yerləşən Tuqan-Makeri, Konsoko və Pissa kəndlərində baş verib. Qurbanların dəqiq sayı hələ müəyyənləşdirilməyib, həmçinin naməlum istiqamətə aparılan girovların sayı da dəqiqləşdirilir. Terror hücumunun “Boko Haram” qruplaşması tərəfindən həyata keçirildiyi ehtimal olunur. Qeyd edək ki, fevralın 11-də Nigeriya Silahlı Qüvvələri “Boko Haram”a qarşı əməliyyata başladığını açıqlayıb.
15.02.2026, 18:19 Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var