Suriya ordusu ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb
Operativ Media
Suriya hökuməti ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb. Suriya ordusunun bölmələri ölkənin şimal şərqindəki əl-Şəddadə hərbi bazasında və ətrafında yerləşdirilib.
Operativ Mediaxəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Vurğulanır ki, ABŞ tərəfi ilə koordinasiya şəraitində Suriya qüvvələri Hasəkə rayonundakı əl-Şəddadə bazasında yerləşiblər.
Xatırladaq ki, bir neçə gün bundan qabaq Suriya hökuməti ölkənin cənubundakı mühüm Tanf hərbi bazasını da ABŞ-dən təhvil alıb.