Menyu

Böyük Britaniyada 16 yaşdan kiçiklər üçün sosial şəbəkələr qadağan oluna bilər

Şəfa Hüseynli
Böyük Britaniyada 16 yaşdan kiçiklər üçün sosial şəbəkələr qadağan oluna bilər

Böyük Britaniyada 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdən istifadəsinə 2026-cı ildən etibarən qadağa qoyula bilər.

Operativ Media xəbər verir ki, "The Times"in yaydığı məlumata görə, məhdudiyyətlər yay aylarında bu məsələ ilə bağlı məsləhətləşmələr başa çatdıqdan sonra qüvvəyə minə bilər. Qadağa təkcə sosial şəbəkələrə deyil, həm də çat-botlardan istifadəyə şamil ediləcək. Hökumət, həmçinin onlayn platformalardan uşaqların sonsuz “skroll” (davamlı sürüşdürmə) olan tətbiqlərdə keçirdiyi vaxtın məhdudlaşdırılmasını tələb etmək niyyətindədir.

Bildirilir ki, fevralın 15-də axşam saatlarında hökumət fevralın 16-dan etibarən “İnternetdə Təhlükəsizlik haqqında” qanuna dəyişikliklərlə bağlı təcili qanunvericilik işinə başlayacağını açıqlayıb. Baş nazir Kir Starmerin ofisinin bəyanatında deyilir ki, hökumət hüquqi boşluğu tez bir zamanda aradan qaldıracaq və süni intellektə əsaslanan bütün çat-bot təminatçılarını qeyri-qanuni məzmunla mübarizə üzrə öhdəliklərə əməl etməyə məcbur edəcək.

Starmer bu kontekstdə ABŞ milyarderi İlon Maskın "xAI" şirkəti tərəfindən hazırlanmış "Grok" çat-botu ilə bağlı Londonda görülən tədbirləri nümunə kimi göstərib. Bəyanatda vurğulanır ki, bu addımlar heç bir platformanın “imtiyazlı keçid” əldə etməyəcəyinə dair aydın siqnal göndərib. Baş nazirin çıxışından gətirilən sitatda qeyd olunur ki, bu gün uşaqları təhdid edən boşluqlar bağlanır və gələcək addımlar üçün zəmin yaradılır, məqsəd uşaqların rifahını qorumaq və valideynlərə sosial şəbəkələrin “minalanmış sahəsində” yol tapmağa kömək etməkdir.

Əlaqəli Xəbərlər