Menyu

İsrail İordan çayının qərb sahilində torpaqların qeydiyyatını təsdiqləyib

Operativ Media
İsrail İordan çayının qərb sahilində torpaqların qeydiyyatını təsdiqləyib

İsrail hökuməti İordan çayının qərb sahilində torpaqların qeydiyyatı prosesinə başlanılmasını təsdiqləyib.

Operativ Media  xəbər verir ki, İsrailin dövlət teleradio şirkəti "Kan"ın yaydığı məlumata görə, bu qərar 1967-ci ildən bəri ilk dəfə qəbul edilib. Həmin il Altıgünlük müharibənin nəticələrinə görə, əvvəllər İordaniyanın nəzarətində olan bu ərazi İsrailin nəzarətinə keçmişdi.

"Kan"ın qiymətləndirməsinə əsasən, bu addım İsraildə rəsmi olaraq “Yəhudiya və Samariya” adlandırılan regionun anneksiyası istiqamətində növbəti mərhələ kimi dəyərləndirilir. Beynəlxalq hüquqa görə isə bu ərazi işğal olunmuş hesab olunur.

Məlumata görə, qərar İordan çayının qərb sahilində torpaq mülkiyyəti ilə bağlı mübahisələrin tənzimlənməsinə yönəlib. Bu çərçivədə İsrailin Ədliyyə Nazirliyi yanında Torpaq Hüquqlarının Qeydiyyatı İdarəsinə əlavə maliyyə vəsaiti, səlahiyyətlər və kadrlar ayrılacaq ki, torpaq sahələrinin dövlət reyestrinə daxil edilməsi prosesi təşkil olunsun.

Əlaqəli Xəbərlər