Menyu

Koreya Respublikası- Mərkəzi Asiya arasında ilk sammit payızda keçiriləcək

Şəfa Hüseynli
Koreya Respublikası- Mərkəzi Asiya arasında ilk sammit payızda keçiriləcək

Koreya Respublikası ilə Mərkəzi Asiya dövlətləri arasında ilk sammit 16-17 sentyabr 2026-cı il tarixlərində keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Koreya xarici işlər naziri Ço Hyun Seulda keçirilən tədbirə hazırlıq iclasında bildirib.

Yonhap agentliyinin məlumatına görə , görüşdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan liderləri iştirak edəcək .

Xarici İşlər Naziri qarşıdan gələn görüşün Cənubi Koreyanın diplomatik üfüqlərinin genişləndirilməsində və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsində mühüm addım olacağını qeyd edib. O, sammit formatının ikitərəfli və çoxtərəfli əməkdaşlığı dərinləşdirəcəyini, eləcə də təchizat zəncirlərinin şaxələndirilməsində və regionda yaşayan Koreya etnik icmalarına dəstəyin effektivliyinin artırılmasında əməkdaşlığın təməlini qoyacağını bildirib.

Əlaqəli Xəbərlər