Qırğızıstanda avtomobil çaya düşüb, üç nəfər ölüb
Şəfa Hüseynli
Qırğızıstanın "Teplie Klyuçi" istirahət zonasında dörd nəfərin olduğu avtomobil uçurumdan Alamedin çayına düşüb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Bişkek-Teplye Klyuçi yolunun 15-ci kilometrliyində "Hyundai Sonata" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və Alamedin çayına düşüb. Nəticədə sürücü və sərnişinlər aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Bir sərnişin müxtəlif xəsarətlərlə Çuy Regional Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda ölən iki qadının şəxsiyyəti müəyyən edilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net