Ukraynada keçmiş nazir çirkli pulların yuyulmasında ittiham olunur
Şəfa Hüseynli
İş adamı Timur Mindiçə qarşı işdə adı hallanan Ukraynanın keçmiş energetika və keçmiş ədliyyə naziri German Qaluşşenko ittiham olunur.
Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu məlumat yayıb.
Büro aydınlaşdırıb ki, o, cinayətkar təşkilatda iştirak etməkdə, eləcə də külli miqdarda cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasında şübhəli bilinir.