Menyu

Türkmənistanda Avtomobil Yolları Nazirliyi təsis edilib

Şəfa Hüseynli
Türkmənistanda Avtomobil Yolları Nazirliyi təsis edilib

Türkmənistanda keçmiş Dövlət Yol Tikintisi İdarəetmə Agentliyinin bazasında Avtomobil Yolları Nazirliyi yaradılıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkmənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bu qərar Prezident Serdar Berdiməhəmmədov tərəfindən Türkmənistanın 2025-ci il üçün makroiqtisadi göstəricilərinə həsr olunmuş Nazirlər Kabinetinin iclasında qəbul edilib. Prezident ölkənin yol infrastrukturunu modernləşdirmək və nəqliyyat sisteminin səmərəliliyini artırmaq məqsədilə yaradılan yeni nazirliyin rəhbəri vəzifəsinə Hocamurat Kərimovu təyin edib.

2026-cı il yanvarın 1-dən etibarən Türkmənistan avtomobil yük daşımaları üçün yeni sadələşdirilmiş lisenziyalaşdırma qaydalarını tətbiq etməyə başlayır. Prezidentin fərmanı ilə yük daşımaları üçün lisenziyaların alınması tələblərini və şərtlərini sadələşdirən yeni Avtomobil Nəqliyyatı Fəaliyyətinin Lisenziyalaşdırılması haqqında Əsasnamə təsdiq edilib. Sənəddə həmçinin müraciət edənlərdən tələb olunan sənədlərin siyahısı yenilənir və sadələşdirilir.

Əlaqəli Xəbərlər