Menyu

İranın XİN rəhbəri Qrossi ilə görüşəcək

Şəfa Hüseynli
İranın XİN rəhbəri Qrossi ilə görüşəcək

Bu gün İran xarici işlər naziri Abbas Əraqçi Cenevrədə nüvə ekspertlərinin müşayiəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi ilə texniki müzakirələr keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

Abbas Əraqçi bildirib ki,  ABŞ ilə baş tutacaq görüş öncəsi Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə də görüş nəzərdə tutulub.

Nazir ədalətli və bərabərhüquqlu bir razılaşmaya nail olmaq üçün real ideyalara sahib olduqlarını vurğulayıb.

Əlaqəli Xəbərlər