Ana səhifə / Dünya / İsveçrədə 80 sərnişin daşıyan qatar relsdən çıxıb İsveçrədə 80 sərnişin daşıyan qatar relsdən çıxıb 16.02.2026, 13:14 Şəfa Hüseynli İsveçrənin Vale kantonunda sərnişin qatarı relsdən çıxıb. Operativ Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.Polisin sosial mediada yaydığı məlumata görə, hadisə səhər saatlarında baş verib.Ərazidə xilasetmə işlərinin davam etdiyini və qəzada yaralananların olduğu bildirilir.Qəzanın dəqiq səbəbi və yaralıların sayı barədə ətraflı məlumat hələlik yoxdur.