Ukrayna Çexiyanın təşəbbüsü çərçivəsində 4,4 milyon mərmi alıb
Çexiyanın Qərb ölkələrinin hesabına üçüncü ölkələrdən alınan sursatların tədarükü təşəbbüsü çərçivəsində Ukrayna təxminən 4,4 milyon iri çaplı sursat alıb.
Operativ Media xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.
2024-cü ildə təşəbbüs çərçivəsində 1,5 milyon mərmi tədarük edilib. 2025-ci ildə Ukrayna 1,8 milyon iri çaplı sursat alıb.
Təşəbbüsə təxminən 20 ölkə qoşulub. Ümumilikdə donor ölkələr 100 milyard kron (təxminən 4,6 milyard dollar) toplayıblar. Agentliyin məlumatına görə, Çexiya Respublikası üç milyard krondan (təxminən 140 milyon dollar) çox olmayan məbləğdə ianə edib. Çexiya bu təşəbbüs üzrə əsasən Danimarka və Hollandiya ilə əməkdaşlıq edir.
24 fevral 2022-ci ildən sonra Çexiya Ukrayna Silahlı Qüvvələri üçün sursatı üçüncü ölkələrdən Qərb ölkələrinin hesabına almağı təklif edib.