Pakistanda polis bölməsinin qarşısında baş verən partlayış nəticəsində iki nəfər ölüb, 17 nəfər yaralanıb
Şəfa Hüseynli
Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu şəhərində polis bölməsinin yaxınlığında baş verən güclü partlayış nəticəsində ən azı iki nəfər ölüb, 17 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Polis partlayışın motosikletə yerləşdirilmiş saatlı bomba nəticəsində baş verdiyini bildirib. Partlayışda ölənlərdən biri uşaq olub. Yaralılar xəstəxanaya aparılıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanlarının mənbələri partlayışın polis bölməsinin qarşısında yerləşən mağazaların yaxınlığında baş verdiyini bildirib. Yaxınlıqdakı mülki şəxslər xəsarət alıb, lakin heç bir polis əməkdaşı xəsarət almayıb.