Menyu

Madaqaskarda “Gezani” siklonu azı 59 nəfərin həyatına son qoyub

Şəfa Hüseynli
Madaqaskarda “Gezani” siklonu azı 59 nəfərin həyatına son qoyub

Madaqaskar hakimiyyəti Gezani tropik siklonunun yaxınlaşması ilə əlaqədar ən yüksək qırmızı həyəcan siqnalı verib.

Operativ Media xəbər verir ki, bu barədə "Orange'' portalı məlumat yayıb.

“Gezani” siklonu nəticəsində azı 59 nəfər ölüb. Məlumata görə, siklonun gətirdiyi qasırğa 16.428 nəfəri evsiz qoyub, 15 nəfər itkin düşüb, 804 nəfər yaralanıb və 423.986 nəfər təbii fəlakətdən zərər çəkib.

Hakimiyyət orqanları ölkənin cənub-qərb hissəsinin sakinlərinə evlərindən çıxmamağı tövsiyə edir və gəmilərə limanlarda qalmaları əmr edilib.

Əlaqəli Xəbərlər