Menyu

Qırğızıstan səfiri etimadnaməsi Qətərin xarici işlər nazirinə təqdim edib

Şəfa Hüseynli
Qırğızıstan səfiri etimadnaməsi Qətərin xarici işlər nazirinə təqdim edib

Qırğızıstanın Qətər Dövlətinə yeni təyin olunmuş səfiri Aybek Toktobolotov etimadnamələrinin surətlərini Dohada Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət Naziri Sultan bin Saad Əl-Murayxiyə təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə "Kabar" məlumat yayıb.

Tərəflər arasında ikitərəfli əməkdaşlığın prioritet sahələri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı və yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili müzakirə olunub.

Həmsöhbətlər həmçinin Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və regionda tezliklə sülhün bərqərar olmasına ehtiyac olduğunu ortaq şəkildə anladıqlarını bildiriblər.

Əlaqəli Xəbərlər