ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun nümayəndəsi Gürcüstana səfər edib
Şəfa Hüseynli
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun nümayəndəsi Peter Andreoli Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər ABŞ-nin Cənubi Qafqaz regionundakı iştirakını və regionda gedən prosesləri müzakirə ediblər.
Söhbət zamanı Gürcüstan və ABŞ arasında mövcud əməkdaşlıq məsələlərinə də toxunulub.