İranda strateji obyektlərdə təxribat planlaşdıran qrup saxlanılıb
Şəfa Hüseynli
İran kəşfiyyatı Kirmanşah əyalətində İsrail kəşfiyyat xidməti Mossad tərəfindən idarə olunan, strateji obyektlərə qarşı təxribat törətmək və İran hərbi qulluqçularına qarşı sui-qəsd planlaşdıran üç nəfərlik qrupu saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Qeyd olunur ki, saxlanılanların gizləndiyi yerdə aparılan axtarış zamanı silah, sursat və patron hazırlamaq üçün xüsusi avadanlıqlar aşkar edilib.