Menyu

Monqolustan Baş naziri istefa verib

Operativ Media
Monqolustan Baş naziri istefa verib

Monqolustan hökumətinin başçısı Qombojavın Zandanşatar vəzifəsindən azad edilməsi barədə ərizə verib.

Operativ Media xəbər verir ki, bu barədə onun baş katibi Yanquuqiyn Sodbaatar məlumat verib.

"Bu gün Monqolustan Xalq Partiyası Şurasının iclasında qlobal vəziyyətlə əlaqədar ölkədəki sosial-iqtisadi vəziyyət və parlamentin fəaliyyətinin dayandırılması ilə bağlı problemlər müzakirə edilib. İclasda Baş nazir Qombojavın Zandanşatar öz təşəbbüsü ilə istefa ərizəsi verib", - o deyib.

Əlaqəli Xəbərlər